AR Chemical — Kimyəvi Məhsullar E-ticarət Platforması
AR Chemical — sənaye həllediciləri, tiner və kimyəvi qatqı maddələrinin istehsalı ilə məşğul olan şirkət üçün hazırladığımız tam funksiyalı e-ticarət platforması.
Platforma üç əsas məhsul kateqoriyası üzrə təşkil olunub: Xammal məhsulları (White Spirit, MPA, MEK, MEG və s.), Tiner məhsulları və Qatqı maddələri. Hər bir məhsul üçün ətraflı texniki məlumat, qiymət və sifariş imkanı təqdim olunur. İstifadəçilər səbət sistemindən istifadə edərək onlayn sifariş verə bilər.
Əsas xüsusiyyətlər: məhsul kateqoriyaları üzrə filtrasiya və axtarış, səbət və sifariş idarəetməsi, çoxdilli dəstək (AZ), bloq bölməsi ilə məlumatlandırıcı məzmun, şirkət haqqında ətraflı məlumat səhifəsi, onlayn əlaqə forması, SEO optimizasiya, sürətli yüklənmə performansı. Tam responsiv dizayn — həm mobil, həm masaüstü cihazlarda mükəmməl işləyir.
Texnologiyalar: Laravel, Nuxt.js, Tailwind CSS, MySQL.